“Təmiz şəhər”ə ekskursiya

140 nömrəli tam orta məktəbin “Ekologiya və bizim məktəb” qrupunun üzvləri “Alternativ enerji” aylığı çərçivəsində “Təmiz şəhər ” ASC-də ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlər tullantıların ayrılması və çeşidlənməsi prosesini izlədilər. Müəssisənin mütəxxəsisləri çeşidlənən tullantıların yandırılmasından alınan elektrik enerjisi hesabına Sumqayıt sahəsində 100 min əhalinin tələbatının ödənilməsi , yerdə qalan dib külündən asfalt döşəmələrində istifadə olunması barədə şagirdlərə qiymətli məlumatlar verdilər. Şagirdlərimiz üçün yaradılan şəraitə görə müəssisənin rəhbərliyinə və mütəxxəsislərinə öz minnətdarlığımızı bildiririk.