Suraxanı OİL-da bir gün

140 saylı tam orta məktəbin “ Ekologiya və bizim məktəb” qrupunun “üzvləri “Alternativ enerji” aylığı çərçivəsində Suraxanı OİL şirkətinin “ Sağlamlıq,əməyin təhlükəsizliyi və ətraf mühüt” müəssisəsində ekskursiyada olmuşdur. Ekskursiya zamanı müəssisənin mütəxəssisləri tərəfindən ətraf mühütün qorunması,quyuların qazilması,neft hasilatı prosesində ekologiyanın çirklənmənin qarşısının alınması,kiçik tutumlu elektrik avadanlıqlarının işlədilməsində alternativ enerji mənbələrindən istifadə və s,proseslər barədə şagirdlərə müfəssəl məlumatlar verildi və bu proseslər şagirdlər tərəfindən canlı olaraq maraqla izlənildi. Göstərdikləri köməyə,diqqət və qayğıya görə “ SƏTƏM” müəssisəsinin rəhbərliyinə və mütəxəssislərinə dərin təşəkkürümüzü bildiririk