Milli mədəni irslərimizin hanisi

140 nömrəli tam orta məktəbin illik fəaliyyət planının 1.3.13 bəndinə müvafiq olaraq , gənc tarix müəllimi Tamilə Vəliyevanın təşkilatçılığı ilə “Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli - mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu” mövzusunda “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da iştirak edən məktəb rəhbərliyi , müəllim və şagirdlər Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi , elm, təhsil, mədəniyyət və incəsənətin inkişafı sahəsində göstərdiyi uğurlu fəaliyyətlə müasir Azərbaycan tarixindəki müstəsna rolu və yeri haqqında öz mülahizələrini bölüşdülər.Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.