140 saylı tam orta məktəbdə Riyaziyyat və İnformatika aylığı davam edir. Növbəti nümunəvi riyaziyyat dərsi “Tənliklərə aid çalışmalar” mövzusu üzrə VI sinifdə dinlənilmişdir.Qabaqcıl riyaziyyat müəllimi Yeganə Şirinovanın təqdim etdiyi dərsdə şagirdlərin bilik və bacarıqlarının məzmun standartlarına uyğunluğu və müasir təlim üsullarından səmərəli istifadənin nəticələrə müsbət təsiri öz təsdiqini tapdı. Sonda məktəb rəhbərliyi və metodbirləşmə üzvlərinin iştirakı ilə nümunəvi dərsin müzakirəsi keçirildi.