140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.2.1 bəndinə müvafiq olaraq I –IV sinif şagirdlərinin oxu və yazı texnikasının yoxlanılması məqsədilə siniflər arasında “imla yazı ” müsabiqəsi keçirilmişdir. Müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərinin yazı texnikasının əsaslarını necə mənimsəməsi barədə məlumatların əldə edilməsi təhlili və nöqsanların aradan qaldırılması yollarının müəyyənləşdirilməsindən ibarət olmuşdur.