"Məktəbə məktub" layihəsi

140 nömrəli tam orta məktəb üzrə valideyn iclası keçirilmişdir. Iclasda I yarımilin nəticələri barədə məlumat verilmiş, fəaliyyət planını 1.4.2 bəndinin müvafiq olaraq görüləcək işlər barədə valideynlərlə fikir mübadiləsi aparılmışdır. Iclasın qərarına əsasən , valideyn, şagird və müəllimlərin ümumi rəyi nəzərə alınaraq 13.01.2017 ci il tarixdən “məktəbə məktub” layihəsinə start verilmişdir. Layihənin əsas məqsədi hər bir iştirakçının məktəb həyatına aid düşüncələrin nədən ibarət olduğunu öyrənmək, rəy və təriflərini nəzərə alaraq məktəbin ümumi fəaliyyətinə dair yeni konsepsiyalar hazırlamaq və həyata keçirilməsini təmin etməkdir.