“Sənin məzarın bizim ürəyimizdir”

Bu gün Azərbaycan Respublikasının Milli Qəhramanı Mübariz İbrahimovun doğum günüdür . Bununla əlaqədar 140 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdləri igid şəhidimizi ziyarət etmiş , məzarı üzərinə tər çiçəklər düzmüşlər. Eyni zamanda məktəbdə qəhraman şəhidimizin xatirəsinə həsr olunmuş “Sənin məzarın bizim ürəyimizdir” mövzusunda tədbir keçirilmişdir.