Məktəbdə təmizlik aylığı

“ Ekologiya və sağlamlıq” layihəsi çərçivəsində 140 saylı tam orta məktəbdə illik fəaliyyət planının 1.3.8 bəndinə müvafiq olaraq “ Təmizlik aylığı” keçirilmişdir. Aylığın sonuncu günündə də şagirdlər təmizlik və tərtibat işləri ilə məşğul olmuş, məktəb həyətini abadlaşdırmaqla ağac və gül kollarına qulluq etmişlər.