“Oxu müzakirələri” davam edir.

140 nömrəli tam orta məktəbdə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması sahəsində silsilə tədbirlər davam edir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Səlimovanın təşkilatçılığı ilə VIII sinif şagirdlərinin Ə.Xaqani,N.Gəncəvi,İ.Nəsimi və Ş.İ.Xətainin yaradıcılığına həsr etdikləri maraqlı tədbir keçirilmişdir. Tədbirdə dahi Azərbaycan şairlərinin poema və şeirlərindən parçalar söylənilmiş,səhnəciklər nümayiş etdirilmişdir.