Şahdağ turizm kompleksində bir gün

Məlum olduğu kimi Azərbaycan iqtisadiyyatının inkişafında turizm sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edən prioritet sahələrdən biridir.Turist marşrutlarının öyrənilməsi,istirahət mərkəzləri ilə tanışlıq və həmyaşıdları arasında turizmin təbliğinin təşkili məqsədilə 140 nömrəli tam orta məktəbin "Ekologiya və bizim məktəb" qrupunun üzvləri Şahdağ turizm kompleksində olmuş,ekoloji təmiz zonada yerləşən və böyük iqtisadi əhəmiyyət kəsb edən bu mərkəz haqqında geniş bilgilər əldə etmişlər.