"Suraxanı OİL "da bir gün

"Ekologiya və iqtisadiyyat" aylığı çərçivəsində məktəbin "Ekologiya və bizim məktəb" qrupunun üzvləri "Suraxanı OİL" istehsalat birliyində oldular. Şagirdləri sahə rəisi Vasif Orucov qarşıladı. O, Suraxanı neft mədənlərinin tarixi, neftin hasilatı mexanizmi və ölkə iqtisadiyyatının inkişafında neft sahəsinin xüsusi çəkisi barədə şagirdlərə ətraflı məlumat verdi. Aylıq çərçivədə silsilə tədbirlərimiz davam edir.