“Düşmən qoy yaxşı bilsin, ağırdır şəhid qanı!”

Azərbaycan Respublikası Təhsil nazirinin 09.01.2017 –ci ii tarixli “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd edilməsi haqqında” əmrinin icrası ilə əlaqədar 140 nömrəli tam orta məktəb üzrə illik fəaliyyət planının 1.3.5 bəndinə müvafiq olaraq Ana dili və ədəbiyyat müəllimi Aytən Xəlilovanın təşkilatçılığı ilə “Düşmən qoy yaxşı bilsin, ağırdır şəhid qanı!” başlıqlı yekun tədbiri keçirilmişdir.Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir daha anılmış, faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar məktəbdə keçirilən tədbirləri xronoloji ardıcıllıqla əks etdirən slayd nümayiş etdirilmişdir.