Buraxılış siniflərdə monitorinqlər davam edir

140 nömrəli tam orta məktəbdə illik fəaliyyət planının 1.1.4.4 bəndinə müvafiq olaraq XI sinifdə buraxılış imtahanlarına hazırlığın monitorinqi keçirilmişdir. Bununla əlaqədar Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə hər biri 30 sualdan ibarət olan iki variantda test kitabçaları tərtib edilərək cavab kartları ilə birlikdə şagirdlərə paylanıldı. Monitorinq buraxılış imtahanlarına maksimum uyğun formada təşkil olunmuş və məktəb rəhbərliyi tərəfindən izlənilmişdir.