140 nömrəli tam orta məktəbdə “Ekologiya və sağlamlıq” layihəsinə start verilmişdir. Layihə çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar məktəbin girişində yaradılmış “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar ”stendi ətrafında yaradıcı müəllim və şagirdlərdən ibarət “Ekologiya və bizim məktəb” qrupunu ilk toplantısı keçirilmişdir.