Valideynlərlə görüş

140 nömrəli tam orta məktəbdə buraxılış sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyi və müəllimlərin silsilə görüşləri davam edir. Növbəti görüşdə valideynlərlə birlikdə IX sinif şagirdləri də iştirak etdilər. Növbəti dərs ilindən başlayaraq şagirdlərin X sinifə qəbulu təmayüllü məktəblər üzrə aparılacağı və bu zaman aparıcı fənlərdən yüksək qiymətlərin nəzərə alınacağı, təhsilin təmayüllü məktəblərdə davam etdirilmənin üstün cəhətləri barədə valideyn və şagirdlərlə fikir mübadiləsi aparılmışdır.