Məktəblərarası sınaq qiymətləndirilməsi

17 dekabr 2016-cı il tarixdə 87 nömrəli tam orta məktəbdə 85,87,140,232 nömrəli tam orta məktəblərin IX sinif şagirdlərinin iştirakı ilə Ana dili və riyaziyyat fənləri üzrə məktəblərarası sınaq qiymətləndirməsi keçirilmişdir. Fəaliyyət planının 1.1.3.16 maddəsinə müvafiq olaraq keçirilmiş sınaq qiymətləndirmə buraxılış imtahanlarının I mərhələsinin formatına tam uyğunluq şəraitində təşkil edilmiş, şagird və valideynlər tərəfindən razılıqla qarşılamışdır.