"Xalqa bağışlanan ömür" Ulu öndər Heydər Əliyevin anım günü.

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycanın böyük siyasi və dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3 -dən 12 -dək məktəbimizdə bir sıra mühazirələr, seminarlar təşkil olundu. Heydər Əliyevin anım gününə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı inşa müsabiqəsi, "Sənsiz...sənli dünya"mız adlı şeir müsabiqəsi və açıq təşkilat saatları keçirildi. Tədbirin yekununda məktəb şagirdlərinin hazırladığı "Ürəklərdə yaşayan ömür" adlı videoklip nümayiş etdirildi.