“1 Dekabr Dünya QİÇS-lə Mübarizə Günü"

01.12.2022-ci il tarixdə məktəbin psixoloqu Günay Bağırova-Babazadənin təşkilatçılığı ilə "1 Dekabr Dünya QİÇS-lə Mübarizə Günü" ilə əlaqədar olaraq məlumatlandırıcı seminar keçirilib. Seminarda IX,X,XI sinif şagirdləri, UBR, biologiya müəllimi, məktəbin tibb bacısı, fənn müəllimləri və kitabxana müdiri iştirak etmişlər. Seminar zamanı şagirdlərə QİÇS xəstəliyi, onun yoluxma yolları, xəstəliyə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilmişdir.  Mövzuya dair videoçarx təqdim olunub, stendlər hazırlanıb, bukletlər təqdim olunub. Sonda bu mövzuda maraqlı debat  təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi