“Qarabağ Zəfəri” adlı intellektual məntiq yarışı

8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Qarabağ Zəfəri” adlı intellektual məntiq yarışı keçirilmişdir. 

Yarış, şagirdlərdə tarixi yaddaş, qan yaddaşının formalaşdırılması, onlarda Vətən uğrunda şəhid olanların qəhrəmanlıq nümunəsində ülvi və müqəddəs hisslər aşılamaq məqsədilə məktəbin psixoloqu Günay Bağırova-Babazadə tərəfindən təşkil olunmuşdur.  Məntiq yarışında II,III,IV,V siniflər iştirak etmiş, komandaların adı Qarabağın bölgələrinin adını daşımışdır. Şagirdlər komandalarının adını daşıdığı bölgə haqqında məlumat verib, şeirlər səsləndirdilər. Qalib komanda III sinif- Ağdam oldu. 

Sonda komandalar sertifikatla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi