Məktəbimizdə istedadlı şagirdlərin üzə çıxarılması müsabiqəsi

İstedadlı uşaqlar və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi hələ ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olmuşdur. Bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.Ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədllə biz 140 sayli tam orta məktəb olaraq istedadlı şagirdlərin üzə çıxarılması ilə əlaqədar müsabiqə keçirdik. Müsabiqədə qalib gələn şagirdlər istedadlı şagirdlər barədə yaradılan “Məlumat bankı”na daxil edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi