AZƏRBAYCAN İSTİQLALININ ƏN GƏNC MÜHACİRİ…

Suraxanı rayonu 140 saylı tam orta məktəbdə 21 noyabr 2016- cı il tarixdə “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Təhsil nazirinin 07 aprel 2016- cı il tarixli 191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə VIII-IX cu sinif şagirdlərinin iştirakı ilə “AZƏRBAYCAN İSTİQLALININ ƏN GƏNC MÜHACİRİ…” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin IX sinif şagirdi Şükürlü Nərmin Nəriman qızının Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı barədə hazırladığı təqdimat nümayiş olunmuş, şagirdlər tərəfindən əsərlərindən parçalar söylənilmişdir. Məktəbdə Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar həftə ərzində açıq təşkilat saatları keçirilmişdir.