"ÖLKƏMİZİ TANIYAQ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YOLASALMA MƏRASİMİ KEÇİRİLDİ

17.11.2016-cı il tarixində Suraxanı rayonundakı Heydər Əliyev mərkəzinin qarşısında "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlərin respublikamızın Gəncə-Göygöl-Şəmkir şəhərlərinə yolasalma mərasimi keçirildi. Tur aksiyada 140 saylı tam orta məktəbi X sinif şagirdi Əsgərov Əli təmsil edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan aksiyada məqsəd gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsi, dünyagörüşünün və azərbaycançılıq təfəkkürünün formalaşdırılması olmuşdur. Yola salma mərasimində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov və digər rəsmi nümayəndələr iştirak etmiş şagirlərə uğulu yol arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi