Uşaq Kitabxanasına Ekskursiya

140 nömrəli tam orta məktəb üzrə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Tədbirlər Planı”nın 2-ci bəndinə müvafiq olaraq , məktəbin VI sinif şagirdləri sinif rəhbəri Zibaxanım Hüseynovanın təşkilatçılığı ilə Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etmişlər.