Vətənin müdafiəsinə hazıram

Məktəbimizin tarix müəllimi Tamilə Vəliyeva və Gənclərin Çağırışa qədər hazırlıq müəllimi Namiq Sadıqovla birlikdə "Vətənin müdafiəsinə hazıram" adlı tədbir keçirdi. Tədbirdə IX-XI sinif şagirdləri iştirak edirdi. Şagirdlər "Mən Vətənpərvərəm" sözünün mənasını müazkirə yolu ilə aydınlaşdırdılar. Onlar vətənin nə olduğunu aşağıdakı fikirlə söylədilər."Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən,rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən , durna gözlü bulaqlardan,çoşqun çaylardan,mavi göllərdən başlanır.Vətən müqəddəsdir,ülvidir.Onun hər şeyi dağı,daşı,torpağı,suyu,səması bizim üçün əzizdir,doğmadır."