Bilik günü

Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. 15 sentyabr 2004 -cü ildən etibarən cənab prezident İlham Əliyevin sərəncamı ilə Bilik günü keçirilir. Məktəbimizdə Respublikamızın bütün məktəblərində olduğu kimi 15 sentyabr Bilik günü keçirildi. Tədbirdə Suraxanı rayon İcra hakimiyyətinin başçısı cənab İlqar Abbasovun təbrik məktubu oxundu. Bilik günündə Bülbülə qəsəbə nümayəndəliyi Elçin Seyfullayev çıxış etdi şagirdləri, valideynləri və müəllimləri bayram münasibəti ilə təbrik etdi. Uşaqlar tədbirdə şeir söylədilər, mahnı oxudular. Yekunda I sinif şagirdləri ilk zəngi musiqi sədaları altında hamılıqla çaldılar. Bizdə 140 nömrəli məktəb olaraq Respublikamızın bütün məktəb kollektivlərini bayram münasibəti ilə təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi