140 nömrəli tam orta məktəbin V-VI sinif şagirdləri Lütfi Zadə adına Bakı şəhəri məktəblərarası I Məntiq Olimpiadasında iştirak etdilər.

Məqsəd məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərməsini şagirdlərə aşılamaq idi. Şagirdlər olimpiada zamanı verilən test tapşırıqlarının öhdəsindən məharətlə gəldilər və müəyyən bir qrup II tura vəsiqə qazandı.