103 yaşlı Xalq Cümhuriyyəti
Bakı şəhəri Nəsimi rayonu 14№-li tam orta məktəbdə təşkil olunmuş "Kiçik Akademiya"layihəsinin üzvləri 28.05.2021-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 yaşı tamam olması münasibətilə sərgi hazırladılar.Bu sərgidə cəmi 23 ay yaşamasına baxmayaraq, Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsində böyük rolundan söhbət açıldı.