"Açıq dərs"

Məktəbimizdə 7c sinfində ingilis dili fənnindən “Bayramlar” mövzusunda açıq dərs keçirildi. Dərsdə milli bayramlarımız:“Novruz”,“Ramazan”,“Qurban” bayramı haqqında şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər. Eyni zamanda dünya xalqlarının bir çoxunun ümumi bayramı olan “Yeni il” bayramı haqqında da təqdimat nümayiş olundu. Dərs prosesində şagirdlər “Şaxta baba”ya yeni il arzularını da çatdırmağı unutmadılar.