Qəbul günləri

Elan!
Hörmətli vətəndaşlar,
Həftənin 5-ci günü saat 1500-1700 aralığında məktəb rəhbərliyinin elektron sistemlərlə bağlı (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məqsədilə qəbul günüdür.Qəbul zamanı əsasən aşağıdakı sualların cavablandırılması təmin ediləcəkdir.
- Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
- Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
- Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
- I sinfə hansı yaş uşaqlar qəbul edilir?
- I sinfə şagird qəbulu hansı formada aparılır?
- Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
- Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
- Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
- I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
- Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
- Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
- Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
- X sinfə şagird qəbulu hansı formada aparılır?
- Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Qəbula yazılmaq istəyənlər məktəbə yaxınlaşıb qeydiyyatdan keçə bilərlər.