Ekoloji aylıq

“Ekoloji Aylıqlar “ layihəsində məktəbimizin coğrafiya müəlliməsi Gülzar Cabbarovanın təşəbbüsü ilə “Təbiəti qoruyaq” mövzularında bukletlər paylanıldı . Şagirdlərimiz bununla ətraf mühitin təmizliyinə , ekoloji sağlam həyat tərzində yaşamağa,təmiz havanı qorumağa çağırış etdilər . Eyni zamanda məktəbimizin V-IX sinif şagirdləri qlobal ekoloji problemlərə aid şəkillər paylaşdılar.Onlar bu şəkillərin mənasını,problemini qloballığını,həlli yollarını izah etməklə onlara yaxınlaşan hər kəsi maarifləndirdilər. “Ekoloji Aylıqlar “ layihəsi texnologiya dərslərində işlənildi .Şagirdlər müxtəlif kağız tullantılarından maraqlı işlər təqdim etdilər, taxtadan quşlar üçün ev düzətdilər.Bununla da onlar təbiətə,canlılara maraqlarını,sevgilərini əks etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi