"Mən və hüquqlarım" adlı tədbir keçirildi

Məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində yuxarı sinif şagirdləri arasında "Mən və hüquqlarım" mövzusunda tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Ombudsman aparatının nümayəndələri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru İsmayılova İntizar açdı. Sonra söz şagirdlərə verildi. Əvvəlcə şagirdlər "Uşaq hüquqları konvensiyası"nın BMT tərəfindən qəbul edilməsi, dünya ölkələrinin bu konvensiyaya qoşulması, uşaqların həyatında konvensiyanın rolu və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdilər. Sonra şagirdlər konvensiyanın bir neçə maddəsini tədbir iştirakçılarının nəzərinə çatdırdılar və həmin maddələrə uyğun səhnəciklər göstərdilər. Daha sonra qonaqlara söz verildi. Qonaqlar da öz çıxışlarında şagirdlərə hüquqlarını yaxşı bilməyi, vəzifələrini unutmamağı tövsiyə etdilər. Sonda xatirə şəkli çəkildi.