İbtidai siniflərin metodbirləşmə iclası

İbtidai siniflərin təlim-tərbiyə işləri üzrə direktor müavini Musayeva Sənubər müəllim məktəbəhazırlıq qruplarını qəbul etməyə hazırlaşan müəllimlərə metodbirləşmə iclası keçirmişdir. Ötən il məktəbəhazırlıq qruplarında dərs demiş qabaqcıl müəllimlərin təcrübəsindən yararlanmaq üçün I sinif müəllimi Aydınova Rəhilə müəllim metodbirləşmə iclasına dəvət olunmuş,qruplara fasilitatorluq edəcək müəllimlərlə təcrübəsini bölüşmüşdür.