Fərqlənən şagirdlərimiz

Məktəbdə daha bir tədris ili uğurla yekunlaşıb. Artıq məktəb üzrə 9-cu və 11-ci sinifləri bitirənlərə attestatların verilməsi prosesi də başa çatdı. Sevindirici haldır ki, 9-cu sinfi bitirən şagirdlərdən 4 nəfər Eyyubova Arzu, Məmmədova Dinara, Kələntərli Zəminə, Talıbova Kafiyə, 11-ci siniflərdən isə 3 nəfər Mustafayev İlkin, Allahverənova Aydan və Talıbov Sahil fərqlənmə attestatına layiq görüldü. Məktəbin direktoru Mətanət Abdullayeva fərqlənən şagirdləri ürəkdən təbrik etdi və bol-bol uğurlar arzuladı.

   Bu il həmçinin şagirdlərimizin içərisində ali məktəbə ali məktəbə sənəd verən məzunlarımızdan bir neçəs şagird  Talıbov Sahil (663bal), Mustafayev İlkin (634 bal), Allahverənova Aydan (551bal) və s. yüksək nəticə əldə edərək məktəbimizin adını  layiqincə ucaltmışlar.

   Şagirdlərimizi təbrik edir, uğurların davamını arzulayırıq.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi