Monitorinq keçirilib
Monitorinq 6-cı siniflərdə Təbiət fənnindən, 7-ci siniflərdə isə Azərbaycan tarixi fənnindən keçirilmişdir. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.