"Zəfər günü" ilə bağlı rəsm sərgisi keçirilmişdir
Məktəbimizin Təsviri İncəsənət müəllimi Nübar Əliyevanın rəhbərliyi ilə Zəfər gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə şagirdlərin Vətən Müharibəsi mövzusuna həsr olunan rəsmləri nümayiş olunub. Təşkil olunan sərginin məqsədi şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə töhfə vermək, onlara Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq və xüsusi istedada malik şagirdləri üzə çıxarmaqdan ibarət olmuşdur.