ŞƏRQİN ƏN GÖRKƏMLİ MEMARLIQ ABİDƏSİ

Şirvanşahlar sarayı - XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, içərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. 1964-cü ildən muzey - qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. 
Məktəbimizin 4b sinif şagirdləri və onların valideynləri sinif müəllimi Roza müəllimənin təşkilatçılığı ilə Şirvanşahlar sarayına ekskursiyaya getdilər. Şagirdlər bu qədim abidənin tarixi ilə tanış oldular. Sarayın əzəməti balacaların marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi