23 Aprel Beynəlxalq İngilis dili Günü .

23 aprel ingilis dili günü niyə qeyd olunur? Bu gün Şekspirin doğum günü və ölümünün ildönümü olduğu düşünüldüyü üçün seçilib. Şekspir İngilis dilinin ən məşhur dramaturqu olmaqla yanaşı, müasir ingilis dilinə də böyük təsir göstərmişdir. Bu münasibətlə 133 nömrəli tam orta məktəbin “Conversation” dərnəyinin rəhbəri , İngilis dili müəllimi Xudai Aytən tərəfindən təşkil olunan və dərnək üzvləri şagirdlərin də iştirakı ilə ərsəyə gələn tədbir keçirilmişdir. Tədbirə İngilis dili günü və ümumi ingilis dili barədə qısa məlumat ilə başladıqdan sonra məşhur dramaturqun həyat və yaradıcılığı barədə məlumat verilmişdir . Daha sonra dramaturqun məşhur pyesi olan “ Hamlet” dən Hamletin və Ofeliyanın monoloqları şagirdlər tərəfindən səhnələşdirilmişdir . Tədbir həm öyrədici, həm də əyləndirici xarakter daşıyırdı. Belə ki, şagirdlər İngilis dilində müxtəlif mahnılar, şeirlər və rəqslərilə tədbirə rəng qatmaqla bərabər, dilə xüsusi gözəllik qatan idiomlar barədə kiçik bir səhnəcik təqdim edərək izləyənləri bilikləndirdilər. Son olaraq , bu il “Yaşıl Dünya naminə Həmrəylik ili” elan olunduğu üçün bununla da bağlı tədbirin sonunda bir təqdimat nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi