VALİDEYN İCLASI KEÇİRİLDİ.

Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədilə valideynlərin sistemli şəkildə pedaqoji - psixoloji maarifləndirilməsi üçün məktəbin 4a və 4b sinif şagirdlərinin valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru M. Alşanova qeyd etdi ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Böyüməkdə olan gənc nəsli təhsil almalı, oxumalı, öyrənməli, savadlanmalıdır. Bu bizim uğurlu gələcəyimiz deməkdir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsində müəllimin ən yaxın köməkçisi valideyndir. Məhs buna görə də məktəb - valideyn əməkdaşlığı mütləqdir. 
Sonda valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi