18 sentyabr-Milli Musiqi Günüdür
18 sentyabr- Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münsibətlə məktəbimizin 4 c sinif şagirdləri tədbir keçirdilər.Tədbir dahi bəstəkarın bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şagirdlər Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışdılar. Üzeyir Hacıbəylinin bəstələdiyi operaları dinlədilər. Dahi bəstəkar Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sira digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlandı.