Narkomaniyaya qarşı mübarizə aparaq
Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və İdarənin aparıcı məsləhətçisi Elnarə Məmmədovanın təşkilatçılığı ilə 130 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə aparaq" mövzusunda tədbir keçirildi. Tədbirdə Respublika Narkoloji Dispanser həkimi Taryel Bayramov, Sabunçu rayon Polis İdarəsinin azyaşlılarla iş üzrə bölmə rəisi Əli Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Sektor müavini Zamin Əhmədov çıxış etdilər. Şagirdlərin “Narkomaniyaya yox deyək" mövzusunda çəkdikləri rəsmlər seçildi və onlar fərqlənmə diplomu ilə təltif olundular.