“Narkomaniya əsrin bəlası” və “Erkən nigaha yox deyək”

       Narkotik vasitələrin,psixotrop maddələrin ziyanı,erkən nigah və onun ağır fəsadlarının aradan qaldırılması sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə “Narkomaniya əsrin bəlasıdır”,”Erkən nigaha yox deyək !“mövzusunda tədbir keçirildi.           

      Tədbirdə Sabunçu rayonu Nardaran qəsəbəsi 8 saylı xəstəxananın həkim-pediatrı Sevinc Cəfərova narkotik maddələrin orqanizmə təsir etdiyi ziyanlardan danışdı, erkən nigah və onun fəsadları haqqında şagirdləri məlumatlandırdı.Nardaran qəsəbəsi 42 ci Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru- polis leytenantı Afaq Əliyeva və Yasəmən Fətəliyeva öz çıxışlarında cəmiyyətin ən böyük problemi olan narkomaniya problemini müzakirə edərək,narkotiklə mübarizənin məhz narkomanlarla mübarizə olduğunu nəzərə çatdırdılar.Sonda qeyd olunan mövzulara aid video-çarx nümaiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi