Bilik yarışı
Şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi, bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə məktəbdə Azərbaycan dili, riyaziyyat, məntiq, coğrafiya və biologiya fənləri üzrə bilik yarışı keçirildi.IX a,IX b,IX c sinif şagirdləri bir komanda altında birləşərək X sinif şagirdləri ilə yarışdılar. Hər komandada beş şagird iştirak edirdi.
150 bal hesabı ilə X sinif komandası məktəb kubokunu əldə etdilər. Sonda məktəbin müdiri Ağasəid Orucov şagirdləri təbrik edərək məktəb kubokunu onlara təqdim etdi.