“31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü”
31 Mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə də bizim qan yaddaşımıza yazılıb. 1998-ci ildən başlayaraq hər il “31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd olunur.
Tarix müəllimləri Türanə Zeynalova və Anar Mustafayev məktəbdə “31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü”nə həsr olunmuş mühazirə keçirdilər. Şagirdlərə erməni daşnaklarının əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən,onların xalqımıza qarşı məkrli məqsədlərini həyata keçirmələrindən danışdılar.Şagirdlər soyqırım və onun fəsadları haqqında məlumatlar aldılar.Sonda video- çarx nümayiş olundu.