Novruz- milli bayramımızdır
Novruz - yazın gəlişini simrolizə edən qədim xalq bayramıdır. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Novruz bayramının mənşəyi qədimdir.
Bəzi inanclara görə kainat 4 ünsürdən su, od, torpaq və küləkdən yaranıb. Hər il çərşənbələr Novruzdan, günün barabərləşməsindən əvvəl qeyd olunur. Bayramın papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, küsülüləri barışdırmaq və.s kimi adət-ənənələri var. Şagirdlərdə adət- ənənələri və milli mənəvi dəyərlərimizi aşılamaq məqsədi ilə məktəbdə Novruz bayramı münasibəti ilə divar qəzeti hazırlandı, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunaraq “Novruz gəlir, yaz gəlir”adlı bədii kompozisiya keçirildi. Şagirdlər Azərbaycan xalqının milli adət-ənənələrindən danışıb, yazın, baharın gəlişinə aid şeirlər söyləyib, mahnı oxudular.Şagirdlər səməni rəqsi edib novruzun personajlarını- keçəl, kosa və “Bahar qızı”nı qarşıladılar. Onlar da gəlib seirlər söyləyib, mahnılar oxuyaraq bayrama rəng qatdılar.