Xocalı harayı

    Xocalı soyqırımı- 1992-ci il fevralın 25-dən-26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, gələcək nəsildə vətənə sevgi, məhəbbət hislərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə  məktəbdə  ilk dərs  Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr edilmiş, divar qəzetləri hazırlanmışdır. Müəllim kollektivi Xocalı abidəsini ziyarət etmiş, “Xocalı harayı” mövzusunda  ədəbi-bədii kompazisiya hazırlanmışdır. Şagirdlər  bir dəqiqəlik sükutla Xocalı faciəsi qurbanlarını yad edərək ,  kədərlərini şeir və səhnəciklərlə nümayiş etdirdilər. Məktəbin  tarix müəllimləri Türanə Zeynalova və Anar Mustafayev “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa keçirdilər.Tədbirdə Çingiz Mustafayevin çəkdiyi Xocalı soyqırımı həqiqətlərini əks etdirən sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi