Valideyinlərin məktəbdə bir günü.

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması , tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi məqsədi ilə “Valideyinlərin  məktəbdə bir günü” adlı layihə çərçivəsində valideynlərlə  görüş keçirildi.

     Müəllim- valideyn əməkdaşlığının şagirdlərin  təlim-tərbiyəsindəki rolundan bəhs edən  tərbiyə işləri üzrə müdür müavini Yeganə Dadaşova valideyinlərin məktəblə əlaqəsini daha da  genişləndirmək üçün görülən  işlərdən danışdı.

    Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular. Onlar məktəbin  fəaliyyəti və tədris prosesi barədə məlumatlar aldılar:

       Eyni zamanda valideynlər siniflərdə keçirilən dərsləri müşahidə etdilər.

     Məktəbin müdiri Ağasəid Orucov müəllim və şagird valideyin birliyinin təlim -tərbiyə üçün əhəmiyyəti haqqında fikrini bildirərək qeyd etdi ki, savadlı, əxlaqi və mənəvi dəyərlərə sahib olan  şəxsiyyət yetişdirmək o zaman tam formalaşar ki, müəllim- valideyn, məktəb –valideyin münasibətlərinin vəhdəti ön planda olsun.

      Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisya nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi