21 Fevral Beynəlxalq Ana Dili Günü
1999-cu ilin noyabrında Banqladeş səfirliyinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21 –i Beynəlxalq Ana Dili Günü elan edilib.
Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana- cılalana bu günümüzə gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.
Bu dil hələ Şah İsmayıl Xətainin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik yazışma, hərbi təlim dili kimi istifadə olunmuşdur. Sonralar Azərbaycan dilinə qarşı çox təcavüzlər olmuşdur.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə etiyaclarının ödənilməsi istiqamətində daha bir addim olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Ana dilini qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının borcudur.
Məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü qeyd olundu. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Şagirdlər Beynəlxalq Ana Dili Gününün yaranması tarixi haqqında məlumatlar verdilər. Nəğmətək şirinliyi, axıcılığı ilə fərqlənən Azərbaycan dilində ozan – aşıqlarımızın tərəfindən qoşulmuş” Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi eposlardan,Həsənoğlu, Nəsimi, Füzuli, Vidadi, M.F.Axundov, M.Ə.Sabir, H. Cavidin , C.Cabbarlı, Şəhriyar və başqa dahi ustadların yaratdıqları gözəl poezya və nəsr əsərlərindən nümunələr göstərdilər. Sonda məktəbin tərbiyə işləri üzrə müdir müavini Dadaşova Yeganə tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Aydan Hüseynovaya və şagirdlərə öz təşəkkürünü bildirdi.