Şəhidlər Xiyabanı and yerimizdir.
Bakının ən uca yerində bir xiyaban var: “Şəhidlər Xiyabanı”. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar.
Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Şəhidlərimizin uyuduqları “Şəhidlər Xiyabanı” bizim müqəddəs and yerimizə çevrilmişdir. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanında xüsusi anım günü tədbiri keçirilir. Hər il olduğu kimi bu il də 130 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Y.Dadaşova, UBR T.Novruzova və məktəblilər şəhidlərimizin xatirəsini yad etmək məqsədi ilə “Şəhidlər Xiyabanı”na gəlməyi özlərinə mənəvi borc sanaraq şəhidlərin məzarını ziyarət edilər. Məktəblilər şəhidlərin ruhu qarşısında baş əyərək and içdilər: Biz Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!