Mehdi Hüseyinzadənin 100 illiyi qeyd olundu
Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. Mehdi Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş,indiki Sankt –Peterburq Xarici Dillər İnstitutunda və Bakida indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. 1941-ci ildə orduya çağrılmış,1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmişdir. ”Mixaylo” təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə şöhrət qazanmışdır. Müxtəlif təhlükəli tapşıriqlar yerinə yetirib qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vuraraq qəhrəmancasına həlak olmuşdur. Məktəbdə Azərbaycan xalqının igid oğlu Mehdi Heseynzadənin 100 illiyinə həsr olunmuş “Qəhrəmanlar ölmürlər “ mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Qəhrəmanın keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filmi nümaiş etdirildi. Filmin nümaişindən sonra filmin müzakirəsi oldu. Şagirdlər təxəllüsü “Mixaylo” olan Sovet Sosialist Qəhrəmanı adına layiq görülmüş Mehdi Hüseynzadənin həyatı və hərbi fəaliyyəti haqqında məlumatlar aldılar. Tarix müəllimi Anar Mustafayev Böyük Vətən müharibəsində iştirak edib qəhrəmancasına həlak olan həmvətənlərimizin adlarını qeyd edib onların hərbi fəaliyyətləri haqqında məlumatlar verdi.