Müqəddəs Bayrağımız
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenlik rəmzidir.Bu gün Azərbaycan Respublikasının üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda,Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasinin yerləşdiyi binada qəbul edilmiş və zirvələrə qaldırılmışdır.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən türkçülük,İslamçılıq və müasirlik düsturunun müəllifi Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Şagirdlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağınin rəmzlərini öyrənmək və milli-mənəvi dəyərlərimizi aşılamaq məqsədi ilə 130 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı bayramı qeyd olundu.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və VIII sinif şagirdi Ağatalıb Məmmədovun ifasında “Bayraq” şeiri ilə açıq elan olundu.Aparıcılar Dövlət Bayrağının yaranması və onun bu günə qədər qorunub saxlanması haqqında danışdılar ,şeirlər söylədilər,səhnəciklər göstərdilər,müəllimləri və şagirdləri Dövlət Bayrağı günü münasibəti ilə təbrik etdilər.Tədbir- “Müstəqilliyimiz daimi və uğurlu olsun”,”Daima zirvədə ol,dalğalan,ey üçrəngli Bayrağım!” şüarı ilə sona çatdı.